Rusiya MN Ukraynanı Trampın sülh təşəbbüsünü pozmaqda ittiham edib

2024/09/1725945135.jpg
Oxunub: 415     15:30     21 Mart 2025    
Sudja qazölçən stansiyasının partladılması və Rusiyanın enerji infrastrukturuna son zərbələr ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş Ukrayna təxribatıdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisindən geri çəkilən bölmələri tərəfindən Rusiyanın mühüm enerji obyektinin partladılması Kiyevin qəsdən törətdiyi təxribatdır: "Buna, eləcə də Rusiya Federasiyasının enerji infrastrukturuna son zərbələrə ABŞ Prezidentinin sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş təxribat kimi baxmaq lazımdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin