Tramp Pentaqonun Maskı Çinlə müharibə barədə məlumatlandıracağını təkzib edib

2025/03/Tramp-1742018973.jpg
Oxunub: 350     09:16     21 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp Pentaqonun Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı sabah Çinlə mümkün müharibə barədə məlumatlandıracağı ilə bağlı yayılan xəbəri təkzib edib.

Ordu.az-ın xəbərinə görə, Donald Tramp “New York Times“-in bu barədə yaydığı xəbərin feyk olduğunu bildirib.

“Bu, nə cəfəngiyatdır? Bu məsələ hətta heç yada düşməyib, müzakirə olunmayıb. Nüfuzdan düşmüş medianın belə yalanlar uydurması biabırçılıqdır. İstənilən halda bu, tamamilə yalandır!”, - deyə Donald Tramp vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Pentaqon   Mask  


Bizi "telegram"da izləyin