Martın 27-də Parisdə Ukrayna sammiti keçiriləcək

2025/03/1741418140.jpg
Oxunub: 364     04:05     21 Mart 2025    
Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.

Ordu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.

“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər” koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.

Bundan əvvəl Bloomberg agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   Ukrayna   Sammit  


Bizi "telegram"da izləyin