Yunanıstan Ukraynaya hərbçi göndərəmək niyyətində olmadığını bəyan edib

2025/03/1742533791.jpg
Oxunub: 383     09:44     21 Mart 2025    
Yunanıstan hökuməti Ukraynaya qoşun göndərmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Pavlos Marinakis məlumat yayıb.

Onun sözlərinə görə, bu məsələ müzakirə olunmur.

“Biz istəyirik ki, danışıqlar mümkün qədər tez baş tutsun ki, regionda sülh hökm sürsün”, - Marinakis vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ukrayna  


Bizi "telegram"da izləyin