Tramp Kiyevin əlavə HHM vasitələrinin tədarükü tələbinin üzərində işləyəcək

2025/03/1742284776.jpg
Oxunub: 564     22:22     19 Mart 2025    
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin əlavə hava hücumundan müdafiə sistemləri tələbinə müsbət cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun birgə bəyanatında deyilir.

Qeyd olunur ki, Zelenski danışıq zamanı hava hücumundan müdafiə sistemlərinin, xüsusən də “Patriot”un əlavə təchizatını istəyib.

"Prezident Trump, xüsusən də Avropada əlimizdə olan şeylər üzərində işləməyə razılıq verdi", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kiyev   HHM  


Bizi "telegram"da izləyin