Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sosial demokratların rəhbəri Mindauqas Sinkeviçyusa istinadən məlumat yayıb.
"Hesab edirəm ki, hazırkı siyasi tərkibi dəyişmək həm partiya, həm də dövlət üçün doğru addımdır", - o qeyd edib.
Onun sözlərinə görə, sosial demokratlar yeni koalisiyanın formalaşdırılması ilə bağlı digər partiya - "Litva naminə" Demokratik İttifaqı ilə danışıqlara başlayacaqlar.
Daha əvvəl "Neman üzərində şəfəq" PUA-lardan müdafiə sistemlərini maliyyələşdirməyə çağıraraq sosial demokratların ölkədə yeni hərbi poliqonların tikintisi ilə bağlı planlarını dəstəkləməmişdi.
Ordu.az