NYT: İsrail Trampın xüsusi elçisi Uitkoffun telefon danışıqlarını dinləyib

2026/05/1778134697.jpg
Oxunub: 221     02:49     07 İyun 2026    
İsrail ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun, eləcə də Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin telefon danışıqlarını ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, son həftələrdə İsraildən gələn əks-kəşfiyyat təhlükəsinin dərəcəsi yüksək səviyyədən kritik səviyyəyə qaldırılıb. İsrail tərəfinin Amerikanın İranla danışıqlarını dinlədiyini ehtimal etmək üçün əsaslar var.

Nəşr vurğulayıb ki, hər iki ölkənin rəhbərliyi uzun müddət ərzində qarşılıqlı casusluqdan xəbərdar olub və buna dözümlə yanaşıb. Lakin bir sıra Amerika rəsmilərinin qiymətləndirməsinə görə, Tehranla danışıqlar zamanı İsrailin Vaşinqtonun mövqeyi haqqında məlumat əldə etmək üçün fəallaşan cəhdləri yolverilməz həddə çatıb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin İsrailin Birləşmiş Ştatlara qarşı casusluq təhlükəsini ən yüksək - kritik səviyyəyə qaldırdığı barədə məlumatlar daxil olmuşdu. Yeddi səhifəlik sənəddə İsrailin "kritik səviyyə"də həm agentura, həm də texniki kəşfiyyat aparmaq imkanlarına malik olduğu göstərilirdi. Öz növbəsində, İsrail səfirliyinin rəsmi nümayəndəsi dövlətinin Amerikanın vəzifəli şəxslərinə qarşı kəşfiyyat fəaliyyəti aparmadığını vurğulayaraq bu məlumatı "tamamilə yalan" adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Uitkoff  


Bizi "telegram"da izləyin