Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu Kərkük qubernatoru Mehmet Səman Ağanı qəbul edərkən deyib.
Məlumata görə, görüşdə İraqdakı türkmanların vəziyyəti dəyərləndirilib. Ərdoğan Kərkükdə sülh, rifah və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını, bu çərçivədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.
İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri vəzifəsini də icra edən Mehmet Səman Ağa Kərkükə dəstəklərinə görə Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.
Ordu.az