Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat əsasında müəyyən edilib ki, 2026-cı il iyunun 7-də saat 08:19-da 20/56 saylı seçki məntəqəsində “Güclü Ermənistan” partiyasının səlahiyyətli nümayəndəsi A.S. təkrar səs verməyə cəhd edib.
Bildirilir ki, səsvermə qurğusu “təkrar səsvermə cəhdi” qeydi olan qəbz çap edib. Məntəqə komissiyası həmin qəbzi Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün götürüb, daha sonra A.S. seçki məntəqəsindən çıxarılıb və polis əməkdaşına təhvil verilib.
A.S. cinayət törətməsinə dair əsaslı şübhələr əsasında polis tərəfindən saxlanılıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 44-214.1-ci maddəsi ilə - bir dəfədən artıq səs vermə ittihamı üzrə cinayət işi başlanıb.
İstintaq tədbirləri davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az