Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyinin Material və Tədarük Agentliyi (DALO) ölkənin uzun mənzilli HHM sistemi kimi Fransa-İtaliya birgə istehsalı olan SAMP/T NG və ABŞ istehsalı olan “Patriot” sistemləri arasında qərar verəcəyini açıqlayıb.
HHM-i prioritet hesab edən Danimarka Almaniyanın liderliyi ilə 2022-ci ilin oktyabr ayında NATO çərçivəsində həyata keçirilən Avropa Səma Qalxanı Təşəbbüsü (ESSI) layihəsinə qoşulub.
Bu təşəbbüs çərçivəsində Avropada çox səviyyəli HHM şəbəkəsinin yaradılması, IRIS-T SLM (Diehl Defence), “Arrow 3” (İsrail-ABŞ tərəfdaşlığı) və “Patriot PAC-3” (Raytheon) sistemlərinin birgə alınması hədəflənir.
Lakin Fransa və İtaliyanın inkişaf etdirdiyi SAMP/T NG bu layihəyə daxil olmadığı üçün Paris və Roma layihədən uzaq durmağa üstünlük verib.
Sevinc Əliyeva
Ordu.az