Türkiyə və İran XİN başçıları Ciddədə görüşüb

2025/03/1741418490.jpg
Oxunub: 463     11:01     08 Mart 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində martın 8-də iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Ordu.az xəbər verir ki, məlumatı “Shahrekhaber” yayıb.

Bildirilib ki, görüşdə diplomatlar iki ölkə arasında mövcud problemləri müzakirə ediblər.

Qeyd edək ki, son günlər Türkiyənin Tehrandakı və İranın Ankaradakı diplomatik missiyalarının başçıları olduqları ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   Ciddə  


Bizi "telegram"da izləyin