KİV: Tramp Mask ilə mübahisə zamanı Rubionun tərəfini tutub

2025/02/1739518587.jpg
Oxunub: 454     09:50     08 Mart 2025    
ABŞ dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Maskla mübahisə edib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Nəşrin məlumatına görə, mübahisə Rubio və Daffinin amerikalı biznesmeni yalan danışmaqda ittiham etdikləri kabinet iclasında baş verib. Hökumətin iclasında Mask rəsmiləri tənqid edib.

O, katib Rubionu tabeliyində olanlardan heç birini işdən çıxarmamaqda ittiham edib. İş adamı bildirib ki, bəlkə də Rubionun işdən çıxardığı yeganə adam onun işçisi olub.

Münaqişə zamanı ABŞ prezidenti Donald Tramp işə qarışaraq Rubionu dəstəkləyib.

Mask həmçinin Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin