“Al Jazeera”: Latakiyada təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı ölüb

2025/03/1741408179.jpg
Oxunub: 470     00:46     08 Mart 2025    
Suriyanın Latakiya əyalətində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda 50-dən çox təhlükəsizlik qüvvələrinin əməkdaşı ölüb.

Ordu.az xəbər verir ki, bu barədə region üzrə təhlükəsizlik rəhbəri “Al Jazeera” telekanalına bildirib.

Qeyd olunub ki, Əsəd tərəfdarları hökumət qoşunlarına pusqu qurub.

Xatırladaq ki, Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələr Suriyanın keçid hökumətinə dəstəyini bir daha təsdiqləyərək, təhlükəsizliyin və sabitliyin qorunmasının və ölkənin gələcəyinə təhlükə yarada biləcək hər hansı eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Latakiya  


Bizi "telegram"da izləyin