ABŞ hökumət cihazlarında “DeepSeek”i qadağan edə bilər

2025/02/1740118006.jpg
Oxunub: 552     23:31     07 Mart 2025    
ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət cihazlarında Çinin süni intellekt dəstəkli çatbotu olan “DeepSeek”ə girişi məhdudlaşdırmağı düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri “DeepSeek”in istifadəçilərin məxfiliyini təhlükə altına alaraq məlumatları emal etməsindən və saxlamasından narahatdırlar.

Bundan əlavə, administrasiya “DeepSeek”in ölkədəki fəaliyyətini məhdudlaşdırmağın başqa yollarını da araşdırır.

Qeyd edək ki, hazırda ABŞ hökumətində çatbotlardan istifadəyə qadağa yoxdur. Buna baxmayaraq bəzi idarələr öz işçilərinin “DeepSeek”ə girişini məhdudlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DeepSeek  


Bizi "telegram"da izləyin