Tramp: Növbəti böyük beynəlxalq məsələ İran olacaq

2025/03/1741370146.jpg
Oxunub: 484     23:17     07 Mart 2025    
Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur", - o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin