Belçika Kiyevə 1 milyard avro dəyərində silah verməyi vəd edib

2025/03/67cb4-1741374550.jpg
Oxunub: 446     23:08     07 Mart 2025    
Belçika Kiyevi 1 milyard avro dəyərində silahla təmin etməyi öz üzərinə götürüb.

Ordu.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken Aİ-nin Ukrayna üzrə fövqəladə sammitindən sonra VRT telekanalına müsahibəsi zamanı deyib.

O, 2024-cü ilin sonunda istismardan çıxarılaraq təhvil verilməli olan F-16 təyyarələrinin də bu paketə daxil olacağını deyib.

"Belçika kənarda qalmayacaq və 1 milyard avro dəyərində silah verəcək. 216 milyon avro da artilleriya mərmilərinin alınmasına ayrılıb. Hava hücumundan müdafiə sistemləri üçün isə 200 milyon avro ayrılıb.", - deyə Franken bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Kiyev  


Bizi "telegram"da izləyin