Ordu.az xəbər verir ki, F-35B döyüş təyyarəsinə inteqrasiya olunmuş Uzun Mənzilli Gəmi Əleyhinə Raket (LRASM) silah sisteminin ilk uçuş sınağı uğurla başa çatıb.
Bu sınağın 2024-cü ilin sentyabrında F-35C ilə oxşar inteqrasiyanın davamı olduğu bildirilir.
F-35-in “Block 4” təkmilləşdirilməsinin bir hissəsi olaraq, AGM-158 zərbə sistemlərinin, o cümlədən “Hava-Yer” “Standoff” Raketi (JASSM) və LRASM inteqrasiyası F-35-i xarici daşıma qabiliyyəti ilə təmin edir.
Bu təkmilləşdirmə təyyarənin çoxməqsədli missiya imkanlarını artırır. Ən son uçuş sınağı həm də gələcəkdə əməliyyat istifadəsi üçün platformanın imkanlarının inkişaf etdirilməsində yeni addım kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az