ABŞ HƏMAS ilə girovların azad olunmasını müzakirə edir

2025/01/1737950860.jpg
Oxunub: 345     06:37     07 Mart 2025    
Vaşinqton administrasiyası HƏMAS-la girovların azad olunması məsələsini müzakirə edir, lakin radikal Fələstin hərəkatına hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.

Ordu.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. "Biz israilli girovlardan danışırıq", - ABŞ lideri izah edib. “Biz HƏMAS üçün heç nə etmirik, onlara pul vermirik”, - Tramp vurğulayıb.

"Danışmaq lazımdır. Məsləhətləşmələr aparmaqla HƏMAS-a pul ödəmək arasında fərq var", - o əlavə edib. "Biz bu insanların (girovların-red) azad edilməsini istəyirik", - dövlət başçısı deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HƏMAS  


Bizi "telegram"da izləyin