Aİ sammitində “Avropanın yenidən silahlanması” planı razılaşdırılıb

2025/03/1741324010.jpg
Oxunub: 387     23:21     06 Mart 2025    
Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Bildirilib ki, 27 ölkənin lideri Avropa Komissiyasının müdafiəni gücləndirmək planına yaşıl işıq yandırıb.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün 150 milyard kredit də daxil olmaqla 800 milyard avronun ayrılmasını nəzərdə tutan “Avropanın yenidən silahlanması” adlı plan təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Brüssel  


Bizi "telegram"da izləyin