Kaya Kallas: "Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır"

2025/02/1739593772.jpg
Oxunub: 508     15:49     06 Mart 2025    
Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Müharibə Avropada davam edir və bu, Avropada həqiqətən sülh və təhlükəsizlik məsələsidir. Hər hansı bir razılaşma ilə bağlı Avropa da nəzərə alınmalıdır. Müharibəni sona çatdırmaq və uzunmüddətli sülh əldə etmək məsələsində biz burada nəyin riskdə olduğunu bilirik. Bu müzakirələr davam edir. Hər hansı bir razılaşmanın həyata keçirilməsi məsələsində avropalılar bu prosesin içində olmalıdır”, - Kallas qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin