Türkiyənin Suriyada hərbi bazalar quracağı iddialarına aydınlıq gətirilib

2025/03/thumb-1741254646.jpg
Oxunub: 496     13:34     06 Mart 2025    
Türkiyənin Suriyada hərbi bazalar quracağı iddialarına aydınlıq gətirilib.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib ki, Suriyada 3 yeni bazanın qurulacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Eyni zamanda, MN “İsrailin Dəməşqə hücumundan sonra Türkiyə F-16-larının şəhər üzərində uçuşu ilə bağlı” sosial mediada yayılan xəbərlərləri yalanlayıb.

Qeyd edək ki, İsrail mətbuatında Türkiyənin Suriyada 3 yeni baza quracağı ilə bağlı xəbərlər yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin