Aİ-nin Silahlanma Planının Təfərrüatları Nələrdir? – ƏTRAFLI

2025/03/1741246417.jpg
Oxunub: 536     11:31     06 Mart 2025    
Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Avropanın yenidən silahlanması və müdafiə xərclərinin artırılmasına dair yeni planı təqdim etdi. Von der Leyen Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməli olduğunu vurğulayaraq, 800 milyard avroluq müdafiə xərclərinin hərəkətə keçirilə biləcəyini bildirdi.

Müdafiə Xərcləri və Maliyyə Qaydaları

Planın ilk hissəsi, üzv ölkələrin müdafiə xərclərini artırmalarını asanlaşdırmaq üçün maliyyə qaydalarının yumşaldılmasını nəzərdə tutur. Von der Leyen, müdafiə xərclərinin maliyyə qaydalarından kənarda tutulmasını təklif edərək, ölkələrin bu sahədə sərbəst xərcləmə edə bilmələrini məqsəd götürdüklərini ifadə etdi. Ölkələrin ÜDM-lərinin 1,5%-i qədər artırılacaq müdafiə xərcləri ilə dörd il ərzində 650 milyard avroluq maliyyə məkanın yaradılması hədəflənir.

Ortaq Müdafiə İnvestisiyaları

İkinci hissədə, üzv ölkələrə müdafiə yatırımı üçün 150 milyard avroluq kredit təmin edilməsi planlaşdırılır. Bu kredit, hava və raket müdafiə sistemləri, artilleriya sistemləri, sursat və PUA kimi sistemlərə yatırımı dəstəkləyəcək. Bundan başqa, üzv ölkələrin birgə müdafiə xərcləri həyata keçirəcəklərini və Ukraynaya təcili hərbi avadanlıq təmin etmələrini asanlaşdıracaq.

Aİ Büdcəsinin Müdafiəyə Yönləndirilməsi

Üçüncü nöqtədə, Aİ büdcəsinin müdafiə yatırımlarına yönləndirilməsi hədəflənir. Von der Leyen müdafiə xərclərini artırmaq üçün uyğunluq siyasəti proqramlarının istifadə edilə biləcəyini qeyd etdi. Bundan başqa, Avropa İnvestisiya Bankı vasitəsilə daha çox özəl kapitalın hərəkətə keçirilməsi planlanır.

Bu çərçivədə, Brüsseldə bu gün Ukrayna və müdafiə mövzusunu əhatə edən fövqəladə Aİ Liderlər Zirvəsi keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Silahlanma   Ukrayna  


Bizi "telegram"da izləyin