Malayziya FNSS vasitəsinin sınaqdan keçirir

2025/03/2025--1741154742.jpg
Oxunub: 429     12:04     06 Mart 2025    
Malayziyanın FNSS-in hazırladığı “Pars IV” 6×6 Xüsusi Əməliyyat Vasitəsini Türkiyədə sınaqdan keçirdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Malaysia Military Review” adlı “X” istifadəçisi tərəfindən edilən paylaşımda bildirilib.

Paylaşıma görə, bu yaxınlarda Malayziyadan bir qrup Türkiyəyə gələrək, “FNSS Pars IV” 6x6 Xüsusi Əməliyyat Vasitəsində atəş gücü sınaqları həyata keçirib.

Bu çərçivədə Malayziya ordusu “Pars” 4×4 və “Pars” 6×6 vasitələrini 2022-ci ildə sınaqdan keçirib.

“Pars IV” 6×6 Xüsusi Əməliyyat Vasitəsi hər cür hava şəraitində gecə/gündüz hərəkət etmək qabiliyyətinə malikdir.

Vasitə xüsusi əməliyyat qruplarını çoxsaylı təhdidlərin ola biləcəyi ərazilərə daşımaq və lazım gəldikdə sahədəki qruplara atəş dəstəyi vermək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   FNSS  


Bizi "telegram"da izləyin