Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketi elan edib ki, bu da ölkənin infrastrukturunu və mülki əhalisini hava hücumundan qorumaq qabiliyyətini gücləndirmək üçün 5000-dən çox HHM raketi verəcək.
Verilən açıqlamada qeyd olunub ki, Britaniya Müdafiə Nazirliyinin Müdafiə Avadanlıqları və Dəstək Departamenti Ukrayna hökuməti adından “Thales” istehsalı “Lightweight Multirole Missiles (LMM) Martlet” raketlərini sifariş edib.
Rusiya Ukraynanın mülki əhalisini və enerji infrastrukturunu kamikadze tipli pilotsuz uçuş aparatlarından tutmuş ballistik raketlərə qədər hər şeylə hədəfə aldığı üçün Ukrayna prezidenti Volodimir Zelenski aylardır ölkəsi üçün daha çox HHM sistemi tələb edir.
Bu çərçivədə sifariş Britaniyanın Baş naziri Kir Starmerin Avropa liderlərinin Ukraynaya dəstəyi müzakirə etmək üçün martın əvvəlində Londonda görüşündən sonra verdiyi bəyanatdan dərhal sonra verilib.
Sevinc Əliyeva
Ordu.az