Ordu.az xəbər verir ki, “Aviation Week”in redaktoru Toni Osborn “X” hesabında Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) ilk “P-8 Poseidon” təyyarəsinin Sietldə ilk uçuşunu etdiyini bildirib.
Görüntüləri ilk dəfə fevralın əvvəlində paylaşılan təyyarənin bu yay rəsmi olaraq Almaniyaya təhvil verilməsi planlaşdırılır.
ABŞ Dövlət Departamenti ilk dəfə 2021-ci il martın 12-də Almaniyaya 5 ədəd “P-8A Poseidon” dəniz patrul təyyarəsi və digər avadanlıqların 1,77 milyard dollara satışını təsdiqləyib.
Bu sifarişlə Almaniya ABŞ, Avstraliya, Böyük Britaniya, Hindistan, Kanada, Norveç, Cənubi Koreya və Yeni Zelandiyaya qoşularaq, çoxməqsədli təyyarənin səkkizinci müştərisi olub.
Bu razılaşma ilə Almaniya HDQ-nin inventarına əlavə olunacaq P-8 təyyarələri “P-3 Orion” təyyarələrini əvəz edəcək.
Sevinc Əliyeva
Ordu.az