Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin etdiyi paylaşımda qeyd olunub:
“Yerli və milli üfüqdən kənar sonar: DÜFAS. DÜFAS sualtı qayıqlar və torpedolar kimi sualtı təhlükələri aşkar etmək üçün hazırlanıb. Sistem yerli resurslarla dizayn, istehsal edilmiş ilk və yeganə yedəkdə daşınan aktiv sonar sistemi kimi seçilir. Uzun mənzildə yüksək dəqiqliklə sualtı təhlükələrin aşkar edilməsini və izlənilməsini uğurla başa çatdırır.
DÜFAS, həmçinin sonar performansını modelləşdirmə imkanlarına malikdir. Sistem sualtı qayıqlar kimi təhlükələri aşkar etməklə kifayətlənmir. O, həmçinin ətraf səs-küyünü dinləməklə torpedo kimi təhlükələri aşkarlayır. DÜFAS torpedo təhlükəsi aşkar etdikdə, riski aradan qaldırmaq üçün əks tədbir avadanlıqlarını işə salır”.
Sevinc Əliyeva
Ordu.az