Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Smetaninin sözlərinə görə, Ukrayna silah istehsalçıları 2025-ci ildə bu imkanları daha da artıra bilərlər.
“Ukraynanın müdafiə sənayesinin imkanları işğalın üç ilində 35 dəfə artıb. 2022-ci ildəki 1 milyard dollardan 2025-ci ildə 35 milyard dollara yüksəldi və 2025-ci ildə daha da artacağını gözləyirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ilin əvvəlində Ukrayna Texnologiya Qüvvələri Ukrayna istehsalçılarının dövlət maraqları naminə istehsal gücünü 75 faiz artırmaq üçün səy göstərdiklərini açıqlayıb.
İstehsalçıların istehsal edə biləcəyi 1 milyon 720 min Pilotsuz Uçuş Aparatı (PUA) və radioelektron döyüş sistemi olduğu təxmin edilir. Bunlar arasında FPV tipli PUA-lar, yerüstü robot sistemləri və uzun mənzilli hücum PUA-ları ön planda yer alır.
Sevinc Əliyeva
Ordu.az