Ordu.az xəbər verir ki, 2025-ci il 27 fevral - 2 mart tarixləri arasında keçirilən sərgi ovçuluq, atıcılıq idmanı, açıq hava avadanlıqları və şəxsi müdafiə sahələrində dünyanın aparıcı tədbirlərindən biri kimi diqqət çəkir.
1974-cü ildən etibarən hər il keçirilən “IWA OutdoorClassics” sektordakı ekspertləri, istehsalçıları, pərakəndə satıcıları, son istifadəçiləri və qərar qəbul edənləri bir araya gətirərək, yeni biznes əlaqələri və sektorda innovasiyaların nümayişinə imkan yaradır.
Sərgidə ov və idman atıcılıq avadanlıqları, termal görüntüləmə və gecəgörmə cihazları, açıq hava məhsulları, bıçaqlar və təhlükəsizlik avadanlıqları da daxil olmaqla, geniş çeşiddə məhsullar nümayiş etdirilir.
Böyük marağa səbəb olan tədbir iştirakçılara ən son texnologiyalarla tanış olmaq və sektorun mütəxəssisləri ilə məlumat mübadiləsi aparmaq imkanı verir.
Sevinc Əliyeva
Ordu.az