HƏMAS İsrailin atəşkəsin uzadılması təklifini rədd edib

2025/03/1740804923.jpg
Oxunub: 491     08:39     01 Mart 2025    
Fələstinin HƏMAS hərəkatı İsrailin Qəzza sektorunda atəşkəsin birinci mərhələsini uzatmaq təklifini qəbul etmir.

Ordu.az Misirin "Al-Ghad" telekanalına istinadən xəbər verir ki, bu mərhələ martın 1-də başa çatır.

Məlumata görə, HƏMAS razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqların dərhal başlanmasını tələb edir.

Qeyd edək ki, daha əvvəl hərəkat rəsmi şəkildə atəşkəs razılaşmalarının davam etdirilməsinə hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək ikinci mərhələnin dərhal həyata keçirilməsinə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin