Çexiya MN rəhbəri orduda personal çatışmazlığının maliyyə problemindən daha vacib olduğunu bəyan edib

2025/02/1740723707.jpg
Oxunub: 670     11:01     01 Mart 2025    
Çexiyanın müdafiə naziri Yana Çernoxova orduda personal çatışmazlığının maliyyə problemindən daha vacib olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, Çernoxova çex generallar ilə görüşdən sonra ordunun hazırkı vəziyyəti və gələcəkdə görüləcək işlərlə bağlı mətbuata açıqlama verib.

Peşəkar hərbi xidmət üçün müraciətlərin yetərli olmadığını, ordunun mülki hissələrində işləmək üçün kadr tapmaqda çətinliklərin olduğunu qeyd edən Çernoxova personal çatışmazlığının ordunun maliyyələşdirilməsindən daha vacib olduğunu vurğulayıb.

Çexiyanın Baş Qərargah rəisi Karel Rehka da bildirib ki, NATO gələcək problemlərdə daha effektiv iştirak etmək üçün indi atacağı addımlarla müdafiə və çəkindirmə sahəsində daha inandırıcı olmalıdır.

NATO-nun gələcək vizyonuna uyğun olaraq Çexiya ordusunu daha mühüm vəzifələrin gözlədiyini bildirən Rehka buna uyğun hazırlıqların aparılmasının vacibliyinə diqqət çəkib.

Rehka daha öncə verdiyi açıqlamada ölkədəki peşəkar hərbi personal probleminə diqqət çəkərək, hazırkı 23 min 600 nəfərin 37 min 500 nəfərə çatdırılması lazım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   MN   Ordu  


Bizi "telegram"da izləyin