Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Sistemin adı “Qızıl Günbəz” olub. Tramp yanvar ayında yeni nəsil yerli raketdən müdafiə sistemini inkişaf etdirmək üçün fərman imzalayıb.
“ABŞ üçün “Dəmir Günbəz” başlıqlı əmr İsrailin eyni adlı çoxtəbəqəli hava hücumundan müdafiə sisteminin uğurlu və ən aşağı təbəqəsi ilə eyni adı daşıyırdı.
Ancaq bu ad fərmanın həqiqətən də ölkəni müdafiə etmək üçün İsrailə xas sistemin istifadəsini tələb edib-etməməsi ilə bağlı çaşqınlığa səbəb olub.
Daha sonra ad dəyişdirilərək, “Qızıl Günbəz” olub.
Sevinc Əliyeva
Ordu.az