İran Prezidenti ABŞ ilə danışıqların bərpasını istisna etməyib

2025/02/1740681691.jpg
Oxunub: 501     23:34     27 Fevral 2025    
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə Vaşinqton ilə danışıqların bərpa oluna biləcəyini söyləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.

“Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri deyir ki, bizim ABŞ ilə danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlar aparmayacağımızı da deməmişik. Sadəcə, quldurlar qarşısında baş əyməyəcəyik. Bizdə belə bir deyim var: əvvəl qohumluğunu sübut et, sonra mirasa iddia edərsən”, - o deyib.

Pezeşkian vurğulayıb ki, əvvəlcə hər cür sanksiya tətbiq edib, sonra danışıqlar aparmaq təklif etmək olmaz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin