İran AES-də elektrik enerjisi istehsalını üç dəfə artırmağı planlaşdırır

2024/11/1730706526.jpg
Oxunub: 541     17:29     27 Fevral 2025    
İran 2029-cu ilədək atom elektrik stansiyasında enerji istehsalını üç dəfə artırmağı planlaşdırır.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerji Təşkilatının başçısı Məhəmməd İslami bildirib.

Onun sözlərinə görə, 2029-cu ilin martınadək AES-də elektrik enerjisinin istehsalını 2 min meqavatt/saat, min meqavatt/saatdan 3 min meqavatt/saatadək artırmağı planlaşdırırlar.

Təşkilatın başçısı deyib ki, Buşehr AES-də iki enerji blokunun tikintisi işləri də sürətlənib, “Karun” stansiyasında isə inşaat işləri bərpa edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AES  


Bizi "telegram"da izləyin