Ordu.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Etiraz aksiyası Tramp administrasiyasının USAID-in ölkə və xaricdəki əməkdaşlarının demək olar ki, hamısının ödənişli məzuniyyətə göndərilməsi qərarı fonunda təşkil edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, nümayişin dayandırılması tələblərini pozan 20-yə yaxın şəxs saxlanılıb. Etirazçılar "Konqres məsuliyyət daşıyır – yardımı dərhal bərpa edin!" şüarları səsləndirərək qanunvericiləri HİV-lə mübarizə üçün xarici yardımın maliyyələşdirilməsinin bərpası istiqamətində təcili tədbirlər görməyə çağırıblar.
Ordu.az