Netanyahu İsrail nümayəndə heyətinə Qahirəyə getməyi tapşırıb

2025/02/1740162225.jpg
Oxunub: 425     16:25     27 Fevral 2025    
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs üzrə nümayəndə heyətinə tapşırıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, Netanyahu girov razılaşması və atəşkəsin davam etdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyətinə Qahirəyə getməyi tapşırıb.

Qeyd edək ki, Qahirə, bu cür danışıqlar üçün strateji olaraq əhəmiyyətli bir məkandır, çünki Misir uzun illər ərzində Fələstinlə bağlı məsələlərdə vasitəçi rolunu oynayıb və həmçinin regionda İsrail və Fələstin arasında müvəqqəti atəşkəs razılaşmalarının əldə olunmasında aktiv iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Qahirə  


Bizi "telegram"da izləyin