Ordu.az xəbər verir ki, bu barədə biznesmen öz “X” səhifəsində məlumat paylaşıb.
“Mən iki qütb arasında dolaşıb qalmış kəslər üçün yeni siyasi partiya formalaşdırıram. Bizim partiya sistemimiz seçki dairələrinin maxinasiyaları və mübahisəli suallar ucbatından sınmış vəziyyətə gəlib”, - deyə o bildirib.
Morqan Demokratik partiyanın ən fəal sponsorlarından olsa da, 2024-cü ilin iyul ayında Demokratlardan keçmiş prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası üçün vəsaitlərin toplanmasında iştirak etməkdən imtina etmişdi.
Ordu.az