Argentina ilk F-16 döyüş təyyarəsini təqdim edib

2025/02/1740645600.jpg
Oxunub: 459     15:39     27 Fevral 2025    
Argentina Hərbi Hava Qüvvələri (HHQ) Buenos-Ayres yaxınlığındakı “Tandil” hərbi aviabazasında keçirilən mərasimdə ilk “Lockheed Martin F-16 Fighting Falcon”u rəsmi olaraq təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry EU” məlumat yayıb.

Tədbirdə Argentinanın dövlət rəsmiləri, müdafiə naziri, eləcə də yüksək rütbəli hərbçilər iştirak ediblər.

Mərasimin diqqət çəkən məqamı Argentina HHQ-nin rənglərinə boyanmış iki nəfərlik “F-16BM Fighting Falcon” təyyarəsi olub.

Danimarkadan gətirilən təyyarə əməliyyat bölməsi deyil, quru əsaslı təlim platforması kimi təhvil verilib, lakin gələcək döyüş imkanlarını simulyasiya edən “AIM-9M/L Sidewinder” və AIM-120B AMRAAM “hava-hava” raketlərinin maketləri ilə birlikdə nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   F-16  


Bizi "telegram"da izləyin