İstanbulda Rusiya-ABŞ görüşü başa çatıb - VİDEO (YENİLƏNİB)

2025/02/downl-1740641549.jpg
Oxunub: 689     17:23     27 Fevral 2025    
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başa çatıb.

Ordu.az-ın verdiyi xəbərə görə, görüş 6 saatdan çox davam edib.

ABŞ-nin İstanbuldaki Baş konsulunun igamətgahında keçirilən görüş zamanı iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilib.



***

İstanbulda Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında iki ölkənin səfirliklərinin fəaliyyətinin bərpası məsələsi ilə bağlı danışıqlar başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Görüş ABŞ baş konsulunun iqamətgahında keçirilir.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, görüşün nəticələrinə əsasən, bu istiqamətdə tərəflərin nə qədər sürətli və effektiv şəkildə irəliləməsinin mümkün olacağı bəlli olacaq.

ABŞ Dövlət Departamentindən CNN-ə verilən məlumata görə, İstanbul görüşündə diplomatların fəaliyyəti üçün tələb olunan viza və bank əməliyyatları, personal sayı ilə bağlı məsələlər müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   İstanbul  


Bizi "telegram"da izləyin