Almaniya yeni “Twister” PUA-sını təqdim edib

2025/02/1740634017.jpg
Oxunub: 536     15:15     01 Mart 2025    
“Quantum Systems” şirkəti insan müdaxiləsi olmadan tamamilə avtomatik qalxıb enə bilən yeni müşahidə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Twister”i təqdim edib.

Ordu.az xəbər verir ki, yeni sistemin təfərrüatları Müdafiə İnnovasiyaları Forumu 2025 sərgisində təqdim edilib.

2024-cü ildən Ukraynadakı obyektlərində Müdafiə Qüvvələri üçün məhsullar istehsal edən alman kəşfiyyat insansız sistemlər istehsalçısı yeni sistemini ordunun istifadə etdiyi “Vector” PUA-larını tamamlayacaq daha kiçik kəşfiyyat vasitəsi kimi təqdim edir.

“Twister” öz istehsalçısı tərəfindən şaquli uçuş sistemindən istifadə edən, katapult və ya digər buraxılış sistemi olmadan tək operator tərəfindən istifadə etməyə imkan verən kompakt təyyarə tipli PUA kimi təsvir edilib.

PUA-nın çəkisi cəmi 3,8 kq-dır və ölçüləri onu kompakt çantada daşımağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Twister   PUA  


Bizi "telegram"da izləyin