Ordu.az xəbər verir ki, yerləşdirmə 17-24 fevral tarixlərində Danimarka sahillərində baş tutub və İDP-lərin dəniz missiya qrupu ilə birgə işləmə qabiliyyətini sınaqdan keçirib.
Əməliyyat zamanı birgə manevrlər və atışlardan əlavə, “Baltic Sentry” missiyasında iştirak edən qüvvələrin situasiya məlumatlılığı da artırılıb.
“Task Force X” təşəbbüsü 2025-ci il fevralın əvvəlində Baltik dənizində kritik infrastrukturun təxribat təhlükələrindən qorunması məqsədilə başladılıb. Əməliyyatın əvvəlində İDP-lərin “Baltic Sentry”nin bir hissəsi olaraq yerləşdiriləcəyi açıqlanıb.
“The War Zone”un məlumatına görə, əməliyyatda ən azı 20 İDP iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az