Ordu.az xəbər verir ki, hava hücumundan müdafiə, radar, radioelektron mübarizə, idarəetmə, avionika, elektro-optika, dəniz sistemləri və hərbi rabitə sistemləri üçün tədarüklər 2024-cü il gəlirinin əhəmiyyətli hissəsini təşkil edib.
Beynəlxalq satışlarda həm məbləğ baxımından, həm də proporsional olaraq güclü artım əldə edilib.
ASELSAN son illər əhəmiyyətli uğurlara imza atıb. Bu uğurları daha da sürətləndirmək üçün ASELSAN 2024-cü ildə “aselsaneXt” proqramını işə salıb, insan, proses, texnologiya, istehsal və biznesin inkişafına yönəlmiş 5 əsas layihəni həyata keçirməyə başlayıb.
Bu transformasiya proqramının məhsuldarlığın artımına təsiri onun ilk ilində müşahidə olunmağa başlayıb.
2024-cü ildə ASELSAN-ın adambaşına düşən dövriyyəsi 9% artıb. Şirkət səhmlərini daha effektiv idarə etmək üçün mühüm rəqəmsal transformasiya layihələri həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az