Ordu.az xəbər verir ki, şirkətlər sərgidə müxtəlif əməkdaşlığa imza ataraq, yeni tərəfdaşlıq əlaqələri qurublar.
İnnovativ texnologiyaları ilə IDEX-də yerini tutan ASELSAN da əməkdaşlıq müqavilələri imzalayıb.
Bu çərçivədə ASELSAN və BƏƏ-nin “International Golden Group” (IGG) şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni imzalayan ASELSAN baş direktoru Ahmet Akyol bu əməkdaşlıqla bağlı açıqlamasında deyib:
“IDEX 2025 sərgisində biz müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri ilə bir araya gəlir, mövcud əməkdaşlığımızı dərinləşdirir və yenilərinin əsasını qoyuruq. İnanıram ki, sərgi çərçivəsində IGG ilə imzaladığımız əməkdaşlıq BƏƏ-də mövcudluğumuza və birgə layihələrimizə töhfə verəcək”.
Sevinc Əliyeva
Ordu.az