Ordu.az xəbər verir ki, bu barədə “Raytheon” şirkəti tərəfindən verilən açıqlamada bildirilib.
Şirkət ordunun hazırkı “FIM-92 Stinger” hava hücumundan müdafiə raketini əvəz etmək üçün “Raytheon” tərəfindən istehsal edilən Yeni Nəsil Qısa Mənzilli Bloklayıcı (NGSRI) ilə əlaqəli 10 alt sistemin hamısının uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Şirkətin verdiyi məlumata görə, son bir neçə ayda tamamlanan yeni NGSRI raketinin tərkib hissələrinə axtarış başlığı, uçuş raket mühərriki, portativ komanda buraxılış modulu və partlayıcı döyüş başlığı daxildir.
“Raytheon” bildirib ki, NGSRI alt sisteminin son sınaqları döyüş sursatının uçuş mənzilini artırdığını və hədəf aşkarlama məsafəsinin “Stinger” raketini “çox üstələyən” olduğunu göstərib.
Sevinc Əliyeva
Ordu.az