Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib - FOTOLAR

2025/02/1740324625.jpg
Oxunub: 1095     18:55     23 Fevral 2025    
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Ordu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin