Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar - FOTOLAR

2025/02/ca5b3-1740038100.jpg
Oxunub: 692     11:33     20 Fevral 2025    
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri hərbi hissələrdən birini ziyarət ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olublar.

Hərbi qulluqçularla görüşən qonaqlar tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.

Görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, onların mənəvi-psixoloji vəziyyəti, eləcə də ideoloji işlə bağlı aparılan tədbirlər ümumilikdə müsbət qiymətləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ombudsman   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin