Almaniya kansleri hərbi xərcləri artırmağa çağırıb

2022/10/90978-1665848029.jpg
Oxunub: 348     05:13     14 Fevral 2025    
Almaniya kansleri Olaf Şolts Avropanın ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalmasını təmin etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Bu barədə Ordu.az TASS-a istinadən xəbər verir.

"Biz təhlükəsizliyimiz üçün daha çox işlər görməliyik ki, sülh içində yaşamağa davam edək. Şübhəsiz, müdafiə xərclərimiz əhəmiyyətli dərəcədə artmağa davam etməlidir”, - Şolts vurğulayıb.

Almaniya kanslerinin sözlərinə görə, NATO-nun ÜDM-in 2 %-i hədəfinə çatmaq üçün 2028-ci ildən federal büdcədən əlavə 30 milyard avroya ehtiyac olacaq.

Şolts həmçinin əlavə edib ki, o, Avropa İttifaqı daxilində müdafiə sahəsinə investisiyaların qoyulması ilə bağlı müzakirələri təşviq edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hərbi-xərc  


Bizi "telegram"da izləyin