ABŞ və Ukrayna XİN rəhbərlərinin telefon danışığı baş tutub

2025/02/1739510530.jpg
Oxunub: 380     04:14     14 Fevral 2025    
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərin zəruriliyindən danışıb.

Ordu.az xəbər verir ki, bu barədə fevralın 13-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Onlar davamlı sülhə gətirib çıxaran danışıqlar yolu ilə münaqişəyə son qoymaq üçün cəsarətli diplomatiyanın zəruriliyindən danışıblar”, - məlumatda bildirilir.

Rubio, ABŞ-nin Ukraynanın müstəqilliyinin, həmçinin Ukraynanın və regionun sabitliyinin tərəfdarı olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   XİN  


Bizi "telegram"da izləyin