Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Büdcədə istehsalın sürətləndirilməsində əsas addım olan uzunmüddətli hissələrin satın alınması üçün vəsait də yer alır.
Yeni nəsil uzun mənzilli, yüksək sağ qalma qabiliyyətinə malik və nüfuz edən hücum bombardmançı təyyarəsi olan B-21 “Raider” tədricən B-1 “Lancer” və B-2 “Spirit”i əvəz etmək, nəticədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) bombardmançı parkının onurğa sütununa çevrilmək üçün hazırlanıb.
ABŞ HHQ əvvəlcə 100 ədəd B-21 “Raider” almağı planlaşdırırdı, lakin aparılan tədqiqatlar HHQ-nin gələcək hücum imkanlarını təmin etmək üçün ümumi sifarişin 145-dən 200-ə qədər artırılmasını təklif edib.
Sevinc Əliyeva
Ordu.az