Ordu.az “Defense One”a istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset HHQ-yə Tramp administrasiyasının katibi və müşaviri yerində olana qədər hərtərəfli nəzərdən keçirmə planını dayandırmağı tapşırıb.
ABŞ HHQ-nn sözçüsü bildirib ki, fevralın 6-da müdafiə naziri HHQ katibinə Böyük Qüvvə Rəqabəti üçün Yenidən Optimallaşdırma səyləri ilə bağlı bütün planlaşdırma fəaliyyətlərini dayandırmağı əmr edib.
Bir il əvvəl ABŞ HHQ rəsmiləri Çinə qarşı mübarizəyə hazırlaşmaq üçün bir sıra dəyişikliklər ediblər, o cümlədən qüvvələrin yerləşdirilmə üsulunu dəyişdiriblər.
Sözçü vurğulayıb ki, fasilə bu səy çərçivəsində atılan addımları tərsinə çevirə bilməz.
Sevinc Əliyeva
Ordu.az