Fransa ordusu 530 ədəd “Serval Appui Scorpion” sifariş edib

2025/02/1739427046.jpg
Oxunub: 458     11:09     14 Fevral 2025    
Fransanın Silahlı Qüvvələr Nazirliyi “Scorpion” proqramı kontekstində davam edən modernləşdirmə işləri çərçivəsində əlavə 530 ədəd “Serval Appui Scorpion” zirehli vasitəsi sifariş edib.

Ordu.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü əlavə tədarükün Fransanın müdafiə satınalma agentliyi “Direction Générale de l’Armement (DGA)” tərəfindən idarə olunacağını açıqlayıb.

Müqavilə “Texelis” və “KNDS France” tərəfindən yaradılan sənaye konsorsiumuna verilib.

Bu yeni tədarük “Scorpion” proqramı çərçivəsində ən böyük investisiyalardan biri kimi önə çıxır.

Dəyəri 1 milyard avrodan çox olan saziş Fransa ordusunun döyüş meydanında effektivliyini artırmaq və müasir müdafiə texnologiyaları ilə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Zirehli vasitələrin tədarükünün 2025-ci ilin sonunda başlaması və 2031-ci ilə qədər davam etməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serval-Appui-Scorpion   Fransa  


Bizi "telegram"da izləyin